Azərbaycanda ilk dəfə - "Mübarizlər" yarışı

Azərbaycanda ilk dəfə  - "Mübarizlər" yarışı
12:58 24 Avqust 2017
155 İdman
Ölkə mətbuatı
A- A+

23 avqustda “Mübarizlər layihəsinin press konfransı keçirilib.

«Mübarizlər» - «Гонка Героев» kimi tanınan layihənin Azərbaycanda təşkil olunan versiyasıdır. İlk dəfə bu tədbir 23 sentyabr FHN Təlim-Tədris mərkəzində baş tutacaq.

Bakıda bu layihənin icrası “Events Management Azerbaijan” şirkətinin öhdəsinə düşür. “Mübarizlər” layihəsi “Gilan Holdinq” təşkilatçılığı ilə və həmçinin FHN, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və s. kimi qurumların dəstəyi ilə baş verəcək.

«Гонка Героев» - “Лига героев» komandasının ən tanınmış layihələrindən biridir. Bu layihə 2013-cü ildən başladığı fəaliyyətini Rusiyanın bütün regionlarını əhatə edərək davam etməkdədir.

“Лига Героев” – artıq 5 ildir ki, Rusiyada irimiqyaslı idman tədbirlərin təşkilatçılığı ilə məşğul olan unikal peşəkarlar komandasıdır. “Лига Героев” layihələri cəmiyyətin ən geniş təbəqələrini əhatə edir, idman tədbirlərinin həmişəki çərçivələrini genişləndirir və artıq on minlərlə insanın sevgisini qazanıb. “Лига Героев” haqlı olaraq Rusiyanın irimiqyaslı federal idman tədbirləri məkanında qaydaları müəyyən edən tədbir hesab oluna bilər.

Layihənin formatı – çətin keçilən ərazidə maneəli qaçışdır.

İştirakçılar hər bir ölkə, hər bir şəhər üçün öz xüsusiyyətləri ilə fərqlənən çətin trası fəth etməlidirlər. Unikal landşaft və inanılmaz maneələr hər yarışı təkrarolunmaz edir.
Tədbir üçün nəzərdə tutulmuş traslar Moskvadan Bakıya qədər dünyanın ən gözəl yerlərində inşa edilir: istirahət zonalarında və parklarda, dağların zirvələrində və mənzərəli vadilərdə.
“Mübarizlər” – komanda tədbiridir. Maneələrin çoxu elə nəzərdə tutulub ki, onları komanda yoldaşlarının köməyi olmadan keçmək mümkün olmasın. İştirakçılar əllə keçid qurğularını, tunelləri və hətta bütöv “kəşfiyyatçı zolaqları”nı fəth etməlidir.
İstəyən hər kəs iştirakçı ola bilər – bunun üçün dostları dəvət etmək, saytda qeydiyyatdan keçmək və ya həmfikirlərinə yarış zamanı qoşulmaq kifayətdir.

İştirakçılara yarış iki formatda təqdim olunacaq – komanda və çempionat formatları. Komanda iştirakı üçün təşkilatçılar 5 km uzunluğunda tras və 21 maneə nəzərdə tutub, özünü çempionatda sınamaq istəyənlər isə 10 km-ə yaxın trasdan və 40 maneədən keçməyə hazır olmalıdır.

Maneələr məxsusi olaraq elə qurulub ki, iştirakçılar trasları keçərkən bütün əzələ qruplarını işə salsınlar. “Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər çoxsaylı maneələr var. Maneələrin çoxu - taxta və metallardan hazırlanmış mürəkkəb konstruksiyalardır.

“Mübarizlər” iştirakçılarına komanda yarışında və ya iki çempionat kateqoriyasının birində (fərdi qadın kateqoriyası və fərdi kişi kateqoriyası) öz gücünü sınamaq, öz imkanları haqqında daha çox şey öyrənmək, həmfikirlər tapmaq, fan-zonasında əyləncəli idman oyunlarında iştirak etmək və bütün gün ərzində dünyada analoqu olmayan irimiqyaslı idman bayramı ab-havasına qərq olmaq təklif olunur.

Yarış haqqında daha ətraflı məlumatı saytdan və layihənin sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/210924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR