Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğını söndürdülər

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda yanğını söndürdülər
13:28 24 Avqust 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan yanğınsöndürənlərinin Gürcüstanda meşə yanğınlarının aradan qaldırılması əməliyyatlarında iştirakı davam edir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğın ərazisində 20 hektara yaxın sahəni tam söndürüblər. Hazırda yanğınsöndürənlər dörd yanğın nöqtəsində təbii fəlakətin aradan qaldırılması prosesində iştirak edirlər.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/210930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR