"Azərsu" açıq tender elan edib

"Azərsu" açıq tender elan edib
13:42 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ "Azərsu" ASC yeni bildiriş yayıb. "Report"un dövrü mətbuata istinadən verdiyi məlumata görə, bildirişdə qeyd edilib ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində Xaçmazın Çirkab Sutəmizləyici Qurğusunun (ÇSTQ) layihələndirilməsi və tikintisi, Xızı, Altıağac və Qobustanın Çirkab Sutəmizləyici Qurğularının layihələndirilməsi və tikintisi işlərinin alınması məqsədilə keçiriləcək açıq tenderdə iştirak etmək istəyənlər tender sənədlərini əlaqələndirici şəxslərə (tenderin təşkili şöbəsinin rəisi Murad Abışov (012) 431 47 67) və satınalmalar üzrə mühəndis İntizam Novruzov (012) 431 47 67/2248) təqdim etməlidirlər.
Tenderdə iştirak haqqı 500 manat (300 ABŞ dolları) təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azersu-aciq-tender-elan-edib123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR