Lionel Messinin atası "Mançester Siti" ilə danışıqlara başlayıb

Lionel Messinin atası "Mançester Siti" ilə danışıqlara başlayıb
13:47 24 Avqust 2017
165 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Argentina milli komandasının futbolçusu Lionel Messinin atası və eyni zamanda meneceri olan Xorxe Orasio Messi İngiltərənin “Mançester Siti” klubu ilə danışıqlara başlayıb. “Report” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Ötən ay “Barselona” ilə 30 yaşlı hücumçu arasında müqavilə müddətinin 2021-ci ilədək uzadılmasına dair razılıq əldə edilsə də, şərtlər dəyişib. Kataloniya klubunun transfer siyasətindən narazı olan Messi iş yerini dəyişmək niyyətindədir.
Məlumata görə, “Mançester Siti” argentinalı futbolçunu 30 iyun 2018-ci ildə “Barselona” ilə sözləşməsinin vaxtı başa çatdıqdan sonra pulsuz heyətinə qatacaq. Hərçənd, bir neçə gün öncə İngiltərə təmsilçisinin hücumçu üçün 300 milyon avro ödəməyə hazır olduğuna dair xəbərlər çıxmışdı.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, Kataloniya təmsilçisinin heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/lionel-messinin-atasi-mancester-siti-ile-danisiqlara-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR