Maliyyə Nazirliyi tender keçirir

Maliyyə Nazirliyi tender keçirir
13:57 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verdiyi viza blanklarının hazırlanması məqsədilə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.
İddiaçılar tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını sentyabrın 25-nə qədər nazirliyin Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanında yerləşən inzibati binasına (Vergi siyasəti və gəlirlər şöbəsinin “Müdafiəli sənədlərin dövriyyəsi” sektoruna) təqdim etməlidirlər. Əlaqələndirici şəxs şöbə müdirinin müavini-sektor müdiri Aydın İsayevdir. (tel: (012) 404 46 94, e-poçt: aydin.isayev@maliyye.gov.az)
Təkliflərə sentyabrın 26-da, saat 11:00-da Maliyyə Nazirliyinin Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, 338-ci otaq) baxılacaq. Qalib şəxs razılaşdırılmış müddətdə və yüksək poliqrafik səviyyədə CİP Bakı (daşınma və sığorta xərclərini son təyinat yerinə qədər ödəmək) şərti ilə 1000 000 ədəd viza blankı çap etməlidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/maliyye-nazirliyi-tender-kecirir-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR