Ukraynada azərbaycanlı minaya düşüb öldü

Ukraynada azərbaycanlı minaya düşüb öldü
14:04 24 Avqust 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

 

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcərrayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

 

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

 

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

 

Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/281817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR