İmre Kertesin məşhur romanı Azərbaycan dilində nəşr olunub

İmre Kertesin məşhur romanı Azərbaycan dilində nəşr olunub
14:17 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri-görkəmli macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı işıq üzü görüb.
Mərkəzdən "Report"a verilən məlumata görə, İkinci Dünya müharibəsi illərində Osvensim və Buhenvaldda yaşananları, dəhşətli düşərgə həyatını təsvir edən roman ilk dəfə 1975-ci ildə Macarıstanda nəşr edilib.
Əsər yalnız 1990-cı ildə alman dilinə tərcümə olunduqdan sonra Avropada geniş şöhrət qazanıb. 2002-ci ildə isə roman macar ədəbiyyatına ilk Nobeli qazandırıb.
Qeyd edək ki, “Talesiz”, yazıçının “Məğlubiyyət”, “Doğulmamış uşaq üçün kadiş” romanlarının da daxil edildiyi avtobioqrafik trilogiyasının birinci əsəridir və Azərbaycan dilində ilk dəfə işıq üzü görür.
Romanı Azərbaycan dilinə Mahir N. Qarayev və Güldəstə Nəsib tərcümə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/i-mre-kertesin-meshur-romani-azerbaycan-dilinde-nesr-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR