"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər

"Fitch" ABŞ-ın suveren reytinqini azalda bilər
14:47 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi ABŞ-ın suveren reytiqini azalda biləcəyini açıqlayıb. "Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi Agentlik ABŞ hökumətinin ölkənin xarici borc limitinin üst həddinin zamanında artırıla bilməməsi ehtimalını ğöstərib. Agentlik qeyd edir ki, belə olduğu halda, ABŞ hazırda sahib olduğu ən yüksək reytinq hesab edilən "AAA"-nı itirə bilər.
Xatırladaq ki, ABŞ Konqressi 5 sentyabrda başlayacaq sessiyasında ölkənin xarici borcun üst limiti və dövlət orqanlarının maliyyələşdirilməsinə ayrılan vəsaitin həcmini müzakirə edəcək. Son tarix hesab edilən 28 sentyabra qədər Konqresdən bir nəticə çıxmasa, hökumət oktyabrda fəaliyyətini dayandıra bilər. Bu da maliyyə bazarlarında ABŞ hökumətinə onsuz da zəif olan etimadın tamamilə itirilməsinə və qısamüddətli böhrana səbəb ola bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-abs-in-suveren-reytinqini-azalda-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR