"RenCap": Türkiyə iqtisadiyyatını Yunanıstandakı problemlər gözləyir

"RenCap": Türkiyə iqtisadiyyatını Yunanıstandakı problemlər gözləyir
14:47 24 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 avqust. REPORT.AZ/ Türkiyə iqtisadiyyatına kredit qoyuluşunun illik artım sürəti son illərdə Yunanıstanla təxminən eyni olub. 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "RenCap" broker şirkətinin Londonda yerləşən ofisinin baş iqtisadçısı Çarlz Robertsona (Carles Robertson) görə, sürətli kreditləşmə 2010-cu ildə Yunanıstanda maliyyə böhranına gətirib çıxarıb. 
"Yunanıstan, Rusiya və Braziliya kimi iqtisadiyyata sürətli kredit qoyuluşuna sahib olan ölkələrin hamısı böhran ve resessiya ilə üzləşib. Son 15 ildə ən sürətli kredit artımına sahib olan ölkə Türkiyə olsa da, bu ölkədə böhran baş verməyib", - deyə baş iqtisadçı qeyd edib.
Xatırladaq ki, Beynəlxalq Hesablaşmalar Bankının (BIS) statistik məlumatına əsasən, Türkiyə 2001-2016-cı illərdə kredit artımı sürətinə görə Çin, Braziliya, Rusiya, Hindistan və s. inkişaf etməkdə olan ölkələri geridə qoyub. BIS hesabatında bildirib ki, özəl sektora verilən bank kreditlərinin ÜDM-ə nisbəti 2001-ci ildəki 14,5%-dən 2016-cı ildə 62%-ə yüksəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/rencap-turkiye-iqtisadiyyatini-yunanistandaki-problemler-gozleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR