"Qarabağ"dan "Kopenhagen"ə daha bir zərbə

"Qarabağ"dan "Kopenhagen"ə daha bir zərbə
14:57 24 Avqust 2017
178 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"la oyunda "Kopenhagen"ə daha bir zərbə dəyib. Fanat.Az xəbər verir ki, Danimarka klubunun əsas oyunçularından biri sıradan çıxıb.


Belə ki, oyunun 70-ci dəqiqəsində zədə alan Federiko Santanderin durumunun ciddi olduğu müəyyənləşib. 45-ci dəqiqədə "Kopenhagen"in ilk qolunu vuran 26 yaşlı hücumçu 3 ay oynaya bilməyəcək.


Qeyd edək ki, Bakıda baş tutmuş ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Qarabağ” rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotdan-quotkopenhagenquot-daha-bir-zrb-t60131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR