ABŞ Avropada 15 hərbi bazasını bağlayır

ABŞ Avropada 15 hərbi bazasını bağlayır
04:14 9 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

Pentaqonun Avropadakı qüvvələrinə dəyişiklik ütmək planı ABŞ-a ildə 500 mln dollaradək vəsait qənaət etməyə imkan yaradacaq. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi qurumun məlumatında bildirilir. Məlumata görə, restrukturizasiya 15-dək hərbi bazanı əhatə edəcək. Söhbət, ilk növbədə, Böyük Britaniya və Portuqaliyadakı hərbi və mülki heyətlərdən gedir. Qeyd olunan prosesin bir neçə il davam edəcəyi ehtimal olunur.  

 

Məlumata görə, Böyük Britaniyadakı hərbi bazalarda şəxsi heyətinin sayı 2 min nəfərədək  azaldılacaq. Bu, ilk növbədə, ABŞ-ın quru qoşunlarına və hərbi-hava qüvvələrinə aiddir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR