Yol qəzasında həlak olan məşhur meyxanaçı Bayram Kürdəxanılının iştirak etdiyi sonuncu məclisin videosu yayılıb.
Metbuat.az xəbər verir ki, görüntüləri Rza Əlizadə adlı şəxs "Facebook" sosila şəbəkəsində paylaşıb.
Qeyd edək ki, 56 yaşlı meyxanaçını Kürdəxanı qəsəbəsindəki toy mərasimindən evə qayıdan zaman yolu keçərkən “Peugeot” markalı, “10-PS-782” dövlət seriya nişanlı avromobil vurub.
Sürücü Emin Fərhadov meyxanaçını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
| Günün məzənnəsi - Mərkəzi Bank - Oxumaq üçün tıkla |