Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOSESSİYA

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOSESSİYA
04:22 9 Yanvar 2015
207 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 04:12 ]

Bakı. Mahir Məmmədli-APA. Bu gecə Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Kürdəxanı istiqamətində yüksək sürətlə hərəkət edən BYD markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib. Bu zaman arxadan gələn VAZ-2107 marklalı avtomobil BYD-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev və Lətiv Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR