Türkiyənin Qara dəniz sahilində Ukrayna gəmisinin Gürcüstan, Ukrayna və Azərbaycandan olan dənizçiləri xilas edilib

05:42 9 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 05:32 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Türkiyənin Samsun şəhəri yaxınlığında dəniz sahilində Ukraynanın Gulf Rio gəmisinin heyəti xilasedicilər tərəfindən evakuasiya edilib.

APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bunu  yanvarın 8-də "İmedi" televiziya kanalı bildirib. Məlumata görə, gəmidə dörd nəfər Gürcüstan vətəndaşı, eləcə də Ukrayna və Azərbaycan vətəndaşları olub: "Onlar dənizdə bata bilərdilər, amma xilasetmə əməliyyatı uğurla başa çatıb", deyə  televiziya kanalı bildirib.

 

Gürcüstanın Trabzondakı konsul müavini Manana Beriaşvilinin  məlumatına görə, Gürcüstan vətəndaşlarının vəziyyəti qənaətbaəxşdir: "Onlar hazırda İstanbuldakı otelə yerləşiblər, heç bir problemləri yoxdur", deyə konsul  müavini bildirib.

 

"Lakin o, gəmi heyətinin digər üzvləri ilə bağlı heç bir açıqlama verməyib", deyə  İmedi kanalı qeyd edib.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR