Qarlı hava Bakıda qəzaya səbəb oldu

Qarlı hava Bakıda qəzaya səbəb oldu
06:16 9 Yanvar 2015
131 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarlı hava şəraiti Bakıda yol nəqliyyat hadisələrinə səbəb olub. Nərimanov rayonu, Ziya Bünyadov prospekti, keçmiş Xutor dairəsində yenicə istifadəyə verilmiş yolötürücü tunelin Azadlıq prospekti istiqamətində olan çıxışında 4 avtomobil toqquşub.

Məlumata görə, Qarayev Söhmən Vaqif oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yolötürücü tuneldən çıxan zaman sürücünün nəzarətindən çıxıb və zəncirvari şəkildə digər nəqliyyat vasitələri ilə toqquşub.

Qəza zamanı “BMW” Mahmudov Kamal Ələkbər oğlunun idarə etdiyi “LIFAN”, daha sonra Ramazanov Azər Zeynalabdin oğlunun idarə etdiyi “VAZ 2171” və “TOYOTA” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2171” markalı avtomobilin sürücüsü Azər Ramazanov sifət nahiyəsindən xəsarət alıb.

Yol qəzasının təfərrüatlarının araşdırılması Nərimanov polisinə həvalə edilib. Müəyyən edilib ki, hadisə “BMW” markalı avtomaşını idarə edən Söhmən Qarayevin hava şəraitini nəzərə almaması səbəbindən baş verib. Yolötürücü tunellə məlum istiqamətdə hərəkət edən sürücü tunelin içərisində asfalt örtüyünün quru olması səbəbindən avtomobilin sürətini artırıb. Tuneldən çıxan zaman isə quru asfaltı buzlu yol əvəz etdiyi üçün onun avtomobili sürüşüb və qəza törədib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318584

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR