Macarıstan Azərbaycan münasibətləri

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.

XİN-nin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfərin məqsədi avqustun 31-də Budapeşt şəhərində keçiriləcək Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya və Macarıstan) və Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin toplantısında iştirak etməkdir.

E. Məmmədyarovun tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

“Elmar Məmmədyarovun Macarıstana səfəri böyük əhəmiyyət kəsb edəcək”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Macarıstan dövləti və macar xalqının Azərbaycana münasibəti çox yaxşıdır. Macarlar mənşə etibarilə türk xalqları sırasına daxildir. Azərbaycanda Şengen vizasının əldə edilməsi  Macarıstanın Azərbaycandakı Səfirliyi vasitəsilə həyata keçirilir. Azərbaycanın Avropa ali məktəblərində təhsil alan ən çox tələbəsi də Macarıstanın payına düşür.

Macarıstan Avropa Birliyinin üzvüdür, Avropada sözü keçən dövlətlərdən biridir. Azərbaycan-Macarıstan əlaqələri (ticarət, təhsil və s.) hazırda yaxşı səviyyədədir. Macarıstanın beynəlxalq təşkilatlarda (Avropa Birliyi və Avropa Şurası) Azərbaycanın dəstəyinə ehtiyac var.

Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü bəyanat formasında tanıması mümkündür

Səfər çərçivəsində qarşılıqlı ticarət əlaqələri, beynəlxalq təşkilatlarda qarşılıqlı maraqların qorunması, təhsil və s. ilə bağlı məsələlərin müzakirəsi gözlənilir. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü formal şəkildə tanısa da, tanıma hələ ki, bəyanat formasını almayıb. Doğrudur, Macarıstan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq qəti mövqe hələ ki, nümayiş etdirilməyib”. 

 XİN rəhbəri Budapeştə gedir - Rəsmi səfər-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı