Mediamız "Qarabağ"ın transferini bahalaşdırdı

"Qarabağ" futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə düşməsindən sonra yeni oyunçular transfer edəcəyi ölkəmizin gündəmində olan əsas mövzularından biridir. 

Metbuat.az xəbər verir ki, yeni transfer kimi Yunanıstanın PAOK klubunun oyunçusu Pedro Enrikenin adı daha çox hallanır və onun klubumuz tərəfindən icarəyə götürüləcəyi deyilir.

Məsələ ilə bağlı "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxladıq. O bildirdi ki, hazırda həmin oyunçu ilə danışıqlar aparılır. Müqavilənin bu gün imzalanacağı rəsmiləşməyib. Danışıqlar yekunlaşdıqdan sonra mətbuata açıqlama veriləcək. 

"Oktyabr ayının 31-nə kimi vaxtımız var. Hazırda bir neçə oyunçu ilə danışıqlar aparılır. Yaxın günlərdə onlar haqnda da əlavə məlumat veriləcək. Transfer rəsmiləşməmiş hər hansı oyunçunun adı mətbuatda yayılarsa, həmin oyunçunun qiyməti qalxır, həm də danışıqlarda müəyyən əngəllər yaranır. Ona görə də, yeni transfer olunacağı gözlənilən oyunçuların adları açıqlanmır".

Sərdar Məmmədov / Metbuat.az 

Millimizin formasında dəyişiklik - FOTOLAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR