Bakıda baş vermiş qəzada 2 gənc xəsarət aldı

Bakıda baş vermiş qəzada 2 gənc xəsarət aldı
06:46 9 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Mercedes” markalı avtomobil prospektlə Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkətdə olan zaman iki yolun kəsişməsində işıq dirəyinə çırpılıb. Avtoqəza nəticəsində avtomobilin sürücüsü, 23 yaşlı Elcan Abdullayev və onun onun sərnişini 20 yaşlı Arzu Abdullayeva xəsarət alıb.

Yaralılar avtomaşında sıxılıb qaldıqlarından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilıasediciləri cəlb olunub. Xəsarət alanlar avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, yol buz bağladığından sürücü idarəetməni itirib və maşını dirəyə çırpıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR