Sergey Lavrov vəzifəsindən uzaqlaşdırılacaq? -

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Xarici İşlər naziri Sergey Lavrovun vəzifəsindən uzaqlaşdırılmasını təklif edib.

Metbuat.az-ın məlumatına görə, o bildirib ki, Moskva daha kəskin xarici siyasət yürütməlidir. Lakin hazırki nazir Lavrov belə məsuliyyətin öhdəsindən gələ bilmir. Jirinovski deyib: “Beynəlxalq problemlər olduğu kimi qalır. Mən prezident olsaydım, ilk növbədə Xarici İşlər nazirini vəzifəsindən uzaqlaşdırardım.

O başqa vəziyyət üçün yararlı deyil. Bu gün ondan yaxşı olan başqa bir adam lazımdır". 

Sübhan / METBUAT.az 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR