Bakıda qəza: 5 nəfər xəsarət aldı

Bakıda qəza: 5 nəfər xəsarət aldı
08:06 9 Yanvar 2015
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Zabrat-Kürdəxanı yolunda baş verib.

Adıçəkilən istiqamətdə yüksək sürətlə hərəkət edən "BYD" markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol sürüşkən olduğu üçün geriyə avtomobillərin hərəkət istiqamətinə qarşı çevrilib. Bu zaman arxadan gələn “VAZ 2107” markalı minik avtomobili sürüşməkdə olan avtomaşına çırpılıb.

Hadisə nəticəsində avtomobillərdə olan Valeh Abdullayev, Səlim Qərbəliyev, Şəhla Qərbəliyeva, Nemət Səfərəliyev və Lətif Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər klinik Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə xəsarət alan şəxslərin vəziyyəti yaxşıdır.

Faktla bağlı Sabunçu Rayon Polis idarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR