Braziliya millisinin və "Santos" klubun sabiq hücumçusu əfsanəvi futbolçu Pele Avropadan təklif aldığını bildirib.


Fanat.Az xəbər verir ki, bu barədə o, "Marca"ya danışıb.


Avropanın bir sıra klubları Peleni komandaya cəlb etmək istəsə, o, "Santos"a sadiq qaldığını açıqlayıb.


"Xidmətimdə nəinki "Real", "Yuventus" və "Napoli də maraqlı idi. Hətta "Bavariya"da Frans Bekkenbauer ilə birgə oynamaq təklif olunmuşdu. Lakin mən "Santos"un çıxışından zövq alırdım. Gəlin unutmayaq ki, "Santos" möhtəşəm komanda idi", deyə üçqat dünya çempionu keçmiş günlərindən danışıb.


Fanat.Az