Gürcüstanda 2014-cü ildə 30 mindən artıq nikah qeydə alınıb

Gürcüstanda 2014-cü ildə 30 mindən artıq nikah qeydə alınıb
08:23 9 Yanvar 2015
97 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstan, Tbilisi, 9 yanvar /Trend, müxbir N.Kirtsxalia/

Gürcüstanda 2014-cü ildə 30 844 nikah qeydə alınıb. Ötən ildə ən çox nikahların sayı (3 307) sentyabrda qeydə alınıb.

Gürcüstanın Vətəndaş reyestri xidmətindən Trend-ə verilən məlumata görə, nikahların sayının ən çoxu Tbilisi, Batumi, Kutaisi, Telavi, Marneuli, Мsxeta, Siqnaxi və Axalkalakidə rəsmiləşdirilib. Ötən ildə nikah bağlamış kişilərin orta yaşı 31 il, qadınların isə 28 il təşkil edib.

24 135 halda kişilər qadınlardan yaşca böyük idilər, 6 700 halda isə əksinə qadınlar yaşca böyük idilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR