Bakının Suraxanı rayonunda yük avtomobilində yanğn baş verib.
ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, rayonda vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin mühərrik və oturacaq hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.