“Report” “Fanatik”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində İstanbul təmsilçisinin prezidenti Dursun Özbək bildirib.
O, transfer işlərini bitirdiklərini söyləyib: "Qalatasaray" olaraq transfer dönəmini bağladıq”.
Klub rəhbəri "Arda Turan transferindən imtina etmənizin səbəbi azarkeşlərdir" sualına belə cavab verib: “Futbolu idarə etmək çətindir. Kütləni məmnun etməlisiniz”.
Qeyd edək ki, bu gün Kataloniyanın RAC 1 radiosu Arda Turanın icarə əsasında 2 il “Qalatasaray”ın formasını geyinəcəyini dair məlumat vermişdi. “Barselona"nın baş məşqçisi Ernesto Valverde İspaniya klubu ilə 3 illik müqaviləsi olan 30 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı olmadığını açıqlayıb.