Bakıda 5 nəfər qəzada yaralandı - FOTO

Bakıda 5 nəfər qəzada yaralandı - FOTO
09:42 9 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Zabrat-Kürdəxanı yolunda qeydə alınıb. Kürdəxanı istiqamətində yüksək sürətlə hərəkət edən BYD markalı minik maşınının sürücüsü idarəetməni itirib. Yol sürüşkən olduğu üçün maşın fırlanıb və hərəkət istiqamətinin əksinə çevrilib. Bu zaman arxadan gələn "VAZ-2107" marklalı avtomobil BYD-yə çırpılıb. Hadisə nəticəsində 5 nəfər - Valeh Abdullayev, Səlim Qəribəliyev, Şəhla Qəribəliyeva, Nemət Səfərəliyev Lətiv Səfərov - müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR