"Arda ilə danışmamışam. Milli komandadan gələndə əzələ zədəsi var idi. Onu da komandanın digər oyunçuları kimi görürəm. Hər şey özünün çalışmasına bağlıdı. Mən Ardanın bir gün oynayıb 3 qol vurmasını istəyirəm" deyə Valverde bildirib.
Baş məşqçi türk futbolçudan çox şey gözlədiyini bildirib: "Arda komandamızın bir oyunçusudu. Ondan ala biləcəyimizin maksimumunu almaq istəyir. Baş məşqçi olaraq Ardadan gözləntim daha əzmlə çalışmasıdı. Onun da bunu etməsi vacibdi".
Fanat.Az