Saçlarınız tez yağlanırsa, bunları edin

Saçlarınız tez yağlanırsa, bu qaydaları bilməlisiniz.

Metbuat.az xəbər verir ki, saçlarınızı yuyarkən qaynadılmış filtr suyundan istifadə edin. Suyun istiliyi 38 dərəcədən çox olmamalıdır.

İncə və tez qırılan saçlara tətbiq olunan məhsullar saçları ağırlaşdırır və kirli göstərir. Buna görə, istifadə etdiyiniz məhsulların sayını və miqdarını azaltmalısınız. Saç yağları həftədə bir neçə dəfə, saç spreyləri isə az miqdarda istifadə edilmədir.

Saç şəkilləndirici cihazların demək olar ki, hamısı saçın tez zamanda çirklənməsinə səbəb olur. Belə cihazlardan mümkün qədər uzaq durun. Əgər saç düzəldici cihaz istifadə etmək məcburiyyətindəsinizsə, cihazın dərəcəsini 150-180-dən yuxarı qaldırmayın.

Saçlarınızı isti və soyuq havadan qoruyun. Çünki həm soyuq, həm də isti havalar “sebum” istehsalına səbəb olur. Bunun nəticəsində, saç dibləri yağlanır, saç ucları isə quru hala gəlir.

Aysel Yaqubqızı / Metbuat.az

Saç uzatmaq üçün SOĞAN - MASKASI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR