Atəşkəs 61 dəfə pozulub

Atəşkəs 61 dəfə pozulub
09:59 9 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 61 dəfə pozulub.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 


Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Şıxlar, Şuraabad, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 

 

Düşmən cavab atəşi ilə susdurulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR