Bakıya qar yağdı, əllərinə fürsət düşdü

Bakıya qar yağdı, əllərinə fürsət düşdü
10:06 9 Yanvar 2015
169 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda hökm sürən qarlı hava şəraiti daha çox yol təsərrüfatında problemlər yaradıb.

Oxucular Trend-ə bildiriblər ki, paytaxtın ictimai nəqliyyatında ciddi problemlər müşahidə olunur. Bəzi istiqamətlərə, o cümlədən Yasamal yaşayış massivinə maşrut avtobusları, demək olar ki, işləmir.

Şahidlərin sözlərinə görə, bu vəziyyətdən sui-istifadə edən taksi sürücüləri isə qiymətləri həddindən artıq qaldırıblar.

"Bakı Metropoliteni" QSC-nin isə əvvəlcədən xəbər verdiyi kimi, metro gücləndirilmiş iş rejimində işləyir. Qatarların hərəkətində problem müşahidə edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR