Bu gün Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.
Lent.az-ın məlumatın agörə, adəti üzrə doğum gününü təmtəraqlı mərasimlərlə qeyd etməyən sənətkarın gün ərzində müxtəlif televiziya kanallarında yeni hazırlanmış televiziya konsertləri yayımlanacaq.
Bundan başqa xalq artisti bu dəfə dinləyicilərinə hədiyyə etməyi qərarlaşdırıb. Belə ki, müğənni 90-cı illərdə ifa etdiyi hitlərindən birini müasir üslubda yeniləyib. Sözləri Əli Hacızadəyə, musiqisi Cavanşir Quliyevə aid "Sevəcəyəm" mahnısının yeni aranjemanının müəllifi Tural Əliyevdir.