Fransa redaksiya gülləbaranının qurbanlarını anır - FOTO

Fransa redaksiya gülləbaranının qurbanlarını anır - FOTO
10:12 9 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdəki "Charlie Hebdo" jurnalının redaksiyasına terror hücumunun "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması tərəfindən təşkil olunması istisna edilmir.
 
Bununla bağlı, teraktda şübhəli bilinən Səid Şərif Kuaşi qardaşlarının islamçı ekstremist, cihadçı təşkilatlarla sıx bağlı olduqları sübut olunub.
Əslən Əlcəzairdən olan bu qardaşlarla İŞİD arasında əlaqələr araşdırılır.
 
"Charlie Hebdo" jurnalına avtomatlar və qumbaraatanla silahlanmış üç terrorçunun hücumu nəticəsində 12 nəfər həlak olub, 10 nəfər yaralanıb. Həlak olanlar arasında jurnalın baş redaktoru Stefan Şarbonye və 4 tanınmış karikaturaçı rəssam da vardı.
34 yaşlı Səid və 32 yaşlı Şərif Kuaşi qardaşlarının axtarışları davam edir.
 
Şərif Kuaşi Əlcəzairin ən təhlükəli ekstremist qruplaşmalarından birinin aktiv üzvü, ideoloqu Əli Belqasemlə də əlaqələrdə olub.
Səid və Şərif Kuaşi qardaşları "Charlie Hebdo" jurnalının redaksiyasını gülləbaran edəndən sonra 3 dəfə polislə atışıblar, 2 dəfə avtomobil dəyişiblər və "Clio" avtomobilində aradan çıxıblar.
 
Parisdə isə "Charlie Hebdo" redaksiyasına hücumda həlak olanların yeni anım aksiyası keçirilib. Şəhərin mərkəzindəki Respublika Meydanına minlərlə insan toplaşmışdı. Əllərində "Bu gün hamımız Charlie-yik!", "Qorxmuruq!" yazılmış şüarlar tutmuş fransalılar "Marselyoza" oxuyandan sonra meydana 1 dəqiqəlik sükut çöküb.
 
Dünən axşam yerli vaxtla 20.00-da isə Eyfel qülləsində işıqlar söndürülüb.
Qüllədə işıqlar yalnız fövqəladə hal zamanı söndürülür.
 
Yalnız qüllənin zirvəsində qırmızı naviqasiya fənərləri, bir də ilk və ikinci qatlardakı suvenir dükanlarının işıqları yanırdı.
 
Milli.Az





























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR