Bakıda yollar buz bağladı - VİDEO - FOTO

Bakıda yollar buz bağladı - VİDEO - FOTO
10:12 9 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxtın əsas yolları buz bağlayıb, nəqliyyat vasitələri yolda qalıb
Ölkədə müşahidə olunan kəskin soyuq hava şəraiti artıq paytaxtda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Anspress-in məlumatına görə, əsas magistrallardan sayılan Bakı-Sumqayıt və Bakı Dairəvi yolunda hərəkət, demək olar ki, iflic olub. Çovğun səbəbi ilə Bakı dairəvi yolunun bəzi hissələrində asfalt örtük buz bağlayıb.

Güclü qarla bağlı Dairəvi yoldan Biləcəri və Badamdar qəsəbəsi istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri yolda qalıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısından da Badamdar şossesinə doğru yol hərəkətsizdir. Yoxuşu qalxmaqda çətinliklə üzləşən bəzi nəqliyyat vasitələrinə isə yoldan keçən insanlar kömək ediblər.

"Azəryolservis" ASC və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən aldığımız məlumata görə, artıq gecə saatlarından şəhərin əksər küçələrində yolun təmizlənməsinə başlanılıb.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR