İndoneziyada “AirAsia” təyyarəsinin burun hissəsinə aid fraqmentin tapıldığı haqda məlumat yayılıb

10:22 9 Yanvar 2015
88 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 10:18 ]

Bakı – APA. İndoneziyanın “Geo Survei” axtarış gəmisi dənizin dibində “AirAsia” aviaşikətinə məxsus təyyarənin burun hissəsinə aid ehtimal edilən fraqmenti aşkarlayıb.

APA-nın “Detik News”a istinadən verdiyi məlumata görə, axtarış qrupunun rəhbəri Məhəmməd Ağa bildirib ki, obyekt təyyarənin quyruq hissəsinin aşkar edildiyi yerdən 30 metr aralıqda tapılıb.

 

Hələlik aşkar edilən fraqmentin doğrudan da “AirAsia” təyyarəsinə aid olub-olmadığı sübuta yetirilməyib.

 

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb. Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR