İvana Sərt Şeron Stoun kimi... - VİDEO - FOTO

İvana Sərt Şeron Stoun kimi... - VİDEO - FOTO
10:22 9 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

O, Şeron Stounun çəkildiyi “Əsas instinkt”dəki erotik səhnələri imitasiya edib
Ötən ilin noyabr ayında paytaxtımızda qonaq olan məşhur serbiyalı modelyer İvana Sərt rol aldığı yeni filmdəki obrazı ilə izləyiciləri heyran edib.

Anspress-in məlumatına görə, “Ben bilmem eşim bilir” proqamının aparıcısı olaraq tanıdığımız aktyor İlkər Ayrıkın rejissorluq etdiyi “yapışıq qardaşlar” filmində İvana Sərt Şeron Stounun çəkildiyi “Əsas instinkt”dəki erotik səhnələri imitasiya edib.

Filmin əsas mövzusu isə belədir: Həlim və Səlim adlı qardaşlar Balıkəsirdə birlikdə yaşayan yapışıq əkizlərdir. Hamı tərəfindən çox sevilsələr də, evlənə bilmirlər. Buna problem kimi isə onların yapışıq olmaları göstərilir. Əlacsız qalan əkizlər İstanbula gedirlər və orada Vəhşi Cazibə ilə rastlaşaraq həyatlarını dəyişirlər.

Qeyd edək ki, müğənni Halil Sezainin də fərqli obrazda çıxış etdiyi “Yapışıq qardaşlar” filmi yanvarın 30-da nümayiş olunacaq.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR