Nazirlik: "Məktəblərdə dərslər dayandırıla bilər"

Nazirlik: "Məktəblərdə dərslər dayandırıla bilər"
10:29 9 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Məktəblərdə davamiyyət kifayət qədər aşağı düşüb

Hava şəraiti ilə bağlı Azərbaycanda orta məktəblərdə dərslər dayandırıla bilər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a bildirib ki, Təhsil Nazirliyi bununla bağlı rayonlar üzrə araşdırma aparır: “Araşdırma bitdikdən sonra məktəblərin bağlaıb-bağlanmamağı məlum olacaq. Nazirlik bununla bağlı geniş məlumat verəcək”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, qarlı-şaxtalı hava şəraiti davamiyyətə kifayət qədər təsir göstərib: “Əksər valideynlər övladlarını məktəbə göndərməyə ehtiyat edirlər. Buna görə də istər Bakıda, istərsə də bölgələrdə (xüsusən də yüksək dağlıq rayonlarda) davamiyyət xeyli aşağı düşüb”.

 

Qeyd edək ki, yanvarın 9-u və 10-da da şaxtalı hava şəraiti davam edəcək. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR