Ən məşhur müsəlmanlardan biri evləndi - FOTO

Ən məşhur müsəlmanlardan biri evləndi - FOTO
11:05 9 Yanvar 2015
178 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya kriketinin canlı əfsanələrindən biri, pakistanlı İmran Xan toy edib.
Kriketdəki peşəkar karyerasını başa vurandan sonra vətəni Pakistanda "Təhrike İnsaf" adlı partiya yaradan və bu partiyanın sədri olan 62 yaşlı İmran Xanın toyu Lahor şəhərində olub.
 
O, BBC telekanalında hava haqqında məlumatları təqdim etmiş 42 yaşlı teleaparıcı Rehamla ailə qurub. Reham Xan hazırda AAJ TV-də xəbər proqramının aparıcısıdır.
 
Milli.Az AsiaOne-a istinadən bildirir ki, İmran Xan 1995-2004-cü illərdə Cəmimə Xanla nikahda olub və onun həmin izdivacdan Qəzim Xan adlı övladı var.
 
Lahor şəhərindəki toyda İmran və Rəham Xanların ailə üzvləri, yaxın qohumları və dostları olublar.
Toya media mənsubları buraxılmayıblar.
 
Pişəvər şəhərindəki hərbi liseyə "Taliban" hucumu nəticəsində həlak olmuş şəxslərin xatirəsinə sayğı olaraq İmran Xan dəbdəbəli toy etməyib. O, sadəcə olaraq Rəzam Xanın ailəsinə simvolik olaraq "süd pulu" qismində 1000 dollar verib.
 
Çox sadə, təvazökar toy başa çatanda İmran Xan "Bani Qala" malikanəsinin qarşısına çıxaraq jurnalistlər üçün açıqlama verib.
"Toyumu sadə etdim. Dəbdəbəli toy və nikah üçün ayırdığım pulları isə Pişəvərdəki qırğında həlak olanlarla yaralananların ailəsinə yardımlara yönəldəcək, habelə yeni və çox gözəl xəstəxana tikdirəcəyəm", - İmran Xan deyib.
 
Pakistan mediasında yer alan xəbərlərə görə, gəlin Rəham Xan hamilə olub və o, hamiləliyini gen-bol gəlinlik paltarı geyməklə gizlətməyə çalışsa da, niyyətinə çatmayıb.
 
İmran Xanın bacıları toyda olmayıblar. Məşhur kriketçi və siyasətçinin bacısı Alimə Xan deyib: "Bu toydan xəbərimiz olmayıb. İmran bizə heç nə deməyib. O qadını da layiqli gəlin saymırıq".

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/318032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR