Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib.
Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, o, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
Qeyd edək ki, professor Fuad Vəliyev 1993-1997, 2002-ci illərdə Türkiyə və ABŞ Universitetlərində və Elmi Mərkəzlərində dəvətli professor kimi çalışıb. 2014-cü ilin yanvar ayından Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professorudur. Bununla yanaşı, o, 120 elmi əsərin və monoqrafiyaların müəllifidir. Eyni zamanda, professor Fuad Vəliyev 20 patentin sahibidir.
Milli.Az