Olimpiada Bakının bu məktəblərində olacaq (SİYAHI)

Olimpiada Bakının bu məktəblərində olacaq (SİYAHI)
11:06 9 Yanvar 2015
457 Sosial
Ölkə mətbuatı
A- A+

11 yanvardan Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, fənn olimpiadalarının şəhər mərhələsində ötən il noyabrda Bakı şəhərinin məktəblərində keçirilən “Bilik yarışı”nın qalibləri iştirak edəcəklər.

Bakı şəhərinin 12 rayonunu əhatə edəcək fənn olimpiadaları müvafiq olaraq Yasamal rayonu üzrə 18 nömrəli, Nəsimi rayonu üzrə 42 nömrəli, Nizami rayonu üzrə 220 nömrəli, Suraxanı rayonu üzrə 114 nömrəli, Sabunçu rayonu üzrə 96 nömrəli, Səbail rayonu üzrə 160 nömrəli, Nərimanov rayonu üzrə 258 nömrəli, Xəzər rayonu üzrə 181 nömrəli, Binəqədi rayonu üzrə 3 və 276 nömrəli, Qaradağ rayonu üzrə 139 nömrəli, Xətai rayonu üzrə 95 və 138 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli tam orta məktəblərdə təşkil olunacaq.

Qeyd edək ki, fənn olimpiadalarının bu mərhələsi IX-XI sinif şagirdlərini əhatə edəcək, Azərbaycan dili və ədəbiyyat, tarix, riyaziyyat, biologiya, coğrafiya, fizika, kimya və informatika fənləri üzrə keçiriləcək.

Məktəblilərin fənn olimpiadalarının keçirilməsini təşkil etmək üçün müvafiq tərkibdə Təşkilat Komitəsi yaradılıb.

Nəzərinizə çatdıraq ki, bu il ilk dəfə olaraq fənn olimpiadalarının şəhər mərhələsi test üsulu ilə keçiriləcək, test 50 sualdan ibarət olacaq. Müvəffəqiyyət qazanan şagirdlər olimpiadanın respublika mərhələsinə vəsiqə qazanacaqlar.

Həmçinin, ötən ilkindən fərqli olaraq, bu il məktəblilər coğrafiya fənni üzrə olimpiadanın şəhər mərhələsində iştirak edəcək və müvəffəqiyyət qazanan şagirdlər respublika turuna vəsiqə əldə edəcəklər. Olimpiada Bakı şəhərinin 12 rayonu üzrə müvafiq məktəblərdə saat 10:00-dan başlayaraq 3 saat davam edəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=318607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR