"AirAsia" təyyarəsinin yeni qalıqları və iki sərnişinin meyiti tapılıb

"AirAsia" təyyarəsinin yeni qalıqları və iki sərnişinin meyiti tapılıb
11:08 9 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

İndoneziyanın “AirAsia Indonesia” şirkətinin avialaynerinin burun hissəsinin “Mahakarya Geo Survey” geodeziya gəmisi tərəfindən aşkar edilməsi haqqında informasiya təsdiqlənməsə də, dalğıclar bu yerdə başqa qalıqlar və qəzanın iki qurbanının oturacaqlara bağlanmış bədənlərini aşkar ediblər. Bunu axtarış qrupunun rəhbəri Məhəmməd Ağa Ridha Aldila bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

O deyib: "Cəsədlərin və təyyarənin xırda qalıqlarının aşkar olunduğu yerin ətrafında çoxlu sayda xırda köpək balıqları dolaşır".

Aldilanın sözlərinə görə, təyyarənin xırda qalıqları onun quyruq hissəsinin tapıldığı yerdən 1,5 kilometlik məsafədə dənizin 34 metr dərinliyində yerləşir.

Qeyd edək ki, dekabrın 28-də səhər “Airbus” təyyarəsi Surabaidən Sinqapura uçurmuş. Tezliklə təyyarə ilkin fəlakət siqnalı vermədən radarların ekranlarından itib. Təyyaradə 162 sərnişin olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2351253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR