Ötən ay Azərbaycanda 2 106 370 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

11:17 9 Yanvar 2015
157 Sosial
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:13 ]

Bakı. Rəşad Süleymanov – APA. 2014-cü dekabr ayı ərzində 2 106 370 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 484 minaaxtaran mütəxəssis və 118 nəfərlik yardımçı heyət iştirak, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 278 297 716 kvadrat metr ərazi təmizlənib, 689 623 ədəd mina və PHS . tapılıb zərərsizləşdirilib.

 

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

 

Ötən ay 2 mina/PHS hadisəsi qeydə alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR