"AirAsia" təyyarəsinin burun hissəsinə aid fraqment tapıldı

"AirAsia" təyyarəsinin burun hissəsinə aid fraqment tapıldı
11:17 9 Yanvar 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyanın “Geo Survei” axtarış gəmisi dənizin dibində “AirAsia” aviaşirkətinə məxsus təyyarənin burun hissəsinə aid ehtimal edilən fraqmenti aşkarlayıb.

APA-nın “Detik News”a istinadən verdiyi məlumata görə, axtarış qrupunun rəhbəri Məhəmməd Ağa bildirib ki, obyekt təyyarənin quyruq hissəsinin aşkar edildiyi yerdən 30 metr aralıda tapılıb.

Hələlik aşkar edilən fraqmentin doğrudan da “AirAsia” təyyarəsinə aid olub-olmadığı sübuta yetirilməyib.

Xatırladaq ki, Sinqapur istiqamətində uçan Airbus A320-200 təyyarəsi dekabrın 28-də Yava dənizi akvatoriyasında yoxa çıxıb.

Təyyarədə 155 sərnişin və 7 nəfər ekipaj üzvü olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR