“Azəriqaz”: Yaranan problemlər dərhal aradan qaldırılıb

11:22 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 11:18 ]

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azeriqaz” İstehsalat Birliyi tərəfindən ölkə ərazisində havaların kəskin pisləşməsi ilə əlaqədar bütün texniki tənzimləmə işləri görülüb, mövsümə tam hazırdır.

Bunu “APA-Economics”ə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayev bildirib.

 

Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində qaz təsərrüfatında xeyli işlər görülüb, köhnə boruların yenisi ilə əvəz olunması, istismara yararsız xətlərin dəyişdirilməsi, bir sıra qaz verilməyən kəndlərin qazla təmin edilməsi xüsusilə diqqət mərkəzindədir.

 

“Havaların isti və ya şaxtalı keçməsindən asılı olmayaraq, mənzillərə tələbata uyğun təbii qazın verilişi təmin olunacaq. “Azəriqaz” İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə bu gün əhaliyə 2 milyon 514 min kub metr artıq qaz verir. Qurumun qaynar xəttinə heç bir zəng daxil olmayıb. Yalnız sayğacların koda düşmə halları ilə bağlı zənglər daxil olub ki, bunlar da yerli qaz istismar sahələri tərəfindən aradan qaldırılıb”, - deyə İ. Kərbalayev qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR