Təhsil Nazirliyi və TQDK-ya TAPŞIRIQ

Təhsil Nazirliyi və TQDK-ya TAPŞIRIQ
11:24 9 Yanvar 2015
232 Sosial
Ölkə mətbuatı
A- A+

 

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların təhsilində elektron təhsil texnologiyaları tətbiq ediləcək. Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Bununla bağlı Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri işlər görəcək.

Test imtahanlarının standartlara uyğunlaşdırılması, xüsusi qabiliyyət tələb edən imtahanlar zamanı hazırlıq işlərinin təşkili də nəzərdə tutulub. Bu işlərin icrası isə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tapşırılıb.

 

Bundan başqa, brayl əlifbasını, alternativ şriftləri, surdo tərcüməni bilən peşəkar kadrlar hazırlanacaq və təhsil müəssisələrinə cəlb ediləcək. Fərdi tələbatı nəzərə almaqla və metodiki vəsaitlərlə təmin etməklə effektiv tədris yüngülləşdiriləcək, əlilliyi olan şəxslərin elmi və sosial inkişafı üçün müvafiq dəstək göstəriləcək.

Bu işləri isə Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri həyata keçirəcək.
 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR