Saçınızın rəngini təbii üsulla açın

Saçlarınızın rəngini təbii üsullarla açmaq istəyirsiniz? O halda çobanyastığı suyu tam sizə görədir.

Metbuat.az xəbər verir ki, saçın rəngini açmaq üçün istifadə edilən bu üsul qədimdən məşhurdur və tamamilə təbiidir. Üsulu tətbiq etmək üçün bir ovuc çobanyastığı qurusunu 2 stəkan suda qaynadın. Qaynayan suyu rəngini dəyişdikdən sonra 10-15 dəqiqə soyumağa buraxın. Həmin suyu saçınıza sürtün. Bu prosesi qışda tətbiq edərkən fenlə qurulaya bilərsiniz. Tətbiqdən sonra saçınız bir ton açılacaq. Daha yaxşı nəticə əldə etmək üçün 4-5 dəfə bu üsulu tətbiq etməlisiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Payız gəlinləri üçün gül buketləri - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR