İnformasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub

İnformasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub
11:41 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2014-cü ilin göstəricilərində Azərbaycanda muzdla çalışanların əməkhaqları sahəsində artımlar müşahidə edilib. Ölkədə informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən yayılan məlumata görə, muzdla çalışanların təkcə əmək haqlarında deyil, eyni zamanda onların sayında da artımlar qeydə alınıb. Belə ki, ötən ilin noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1507,5 min nəfər olub, onlardan da 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 623,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
 
 
Komitədən bildirilib ki, muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 22,5 faizi təhsildə, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
 
 
2014-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 441,8 manat təşkil edib. İqtisadiyyatın informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
 
SEYMUR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34669-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR