Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən istefa verməyə hazırlaşır.

"Doğan" agentliyinin verdiyi məlumata görə, o, Türkiyə millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını itirməsindən sonra belə fikrə düşüb.

Yığmanın baş məşqçisi Mirça Luçesku isə oktyabrın 9-da Finlandiya ilə səfərdə keçirəcəkləri son seçmə oyuna ən azı 4 futbolçunu aparmamağı məqsədəuyğun sayıb. Bunlar Arda Turan, Burak Yılmaz, Selçuk İnan və Caner Erkindir. Bu siyahıya yeni oyunçuların da əlavə ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyə millisi İ qrupunda 14 xalla 4-cü pillədədir. //Report

Türkiyə millisi əlvida dedi: "Yuxu idi, gerçək olmadı..." - VİDEO - Oxumaq üçün tıkla