Bakı sakinlərinə rahatlıq qayıtdı

11:47 9 Yanvar 2015
184 Sosial
Ölkə mətbuatı
A- A+

Day.Az saytı sakinlərin köməyinə çatdı
Ötən ilin dekabr ayında Day.Az saytında "Bakı sakinlərini liftsiz qoydular" adlı məqalə dərc olunmuşdu. Bu materialda Şərifzadə 73 ünvanındakı binadan söhbət gedirdi.

Milli.Az xəbər verir ki, günlərin birində "Bakıelektrikşəbəkə"nin əməkdaşları gələrək heç bir xəbərdarlıq etmədən binadakı lifti söndürmüşdilər.

Araşdırma zamanı məlum olmuşdu ki, liftin söndürülməsinin səbəbi Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfat departamentinin "Bakıelektrikşəbəkə"yə olan 15 min manat borcu idi.

Yazı dərc olunandan sonra sakinlər yuxarıda göstərilən instansiyalara xəbərin mətnini göndərmişdilər. Bundan sonra, Yeni il ərəfəsində artıq lift işləməyə başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR