Bakıda dəhşətli qəza: ölənlər var

Bakıda dəhşətli qəza: ölənlər var
11:56 9 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda insan ölümü ilə nəticələnən dəhşətli qəza baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Qaradağ rayonu ərazisində “Daewoo” markalı minik avtomobili dəmir çəpərlərə çırpılaraq deformasiyaya uğrayıb.

Nəticədə avtomobilin sürücüsü, Cabbarov Yasin Çərkəz oğlu avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər sürücünü xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədi isə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:35-də başa çatıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=318636

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR