“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Azərbaycan nümayəndə heyəti ilk olaraq şirkətin ofisini gəzib və işçilərlə səmimi söhbət ediblər.
Qonaqlara SOCAR Petrleum SA şirkətin əldə etdiyi uğurlar, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və yeni istifadəyə veriləcək yanacaqdoldurma məntəqələri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, fəaliyyət göstərdiyi qısa zaman ərzində Rumıniyanın enerji bazarında aparıcı oyunçuya çevrilən SOCAR-ın hazırda ölkə üzrə 38 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
Daha sonra Azərbaycanlı deputatlar Buxarestdə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birinə baş çəkiblər. Burada müştərilər üçün yaradılan şəraitlə, eləcə də “Made in Azerbaijan” brendi altında ölkəmizdən gətirilərək məntəqədə satılan məhsullarla yaxından tanış olublar.




