"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, Rumıniyanın Deva şəhərindəki İdman Sarayında baş tutan qarşılaşmada Naxçıvan təmsilçisi Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2 hesabı ilə məğlub edib. Birinci hissədə meydanı 3:1 hesablı qələbə ilə tərk edən „Araz” komandası fasilədən sonra da üstünlüyünü davam etdirib. Rəqib qapısından daha 2 top keçirən Naxçıvan təmsilçiləri qapısında 1 qol görüb.
VIII qrupda yer alan “Deva” (Rumıniya) – “Sent Endryus” (Malta) cütlüyünün qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Azərbaycan çempionu növbəti oyununu sabah Maltanın „Sent Endryus” klubuna qarşı keçiriəcək.Qeyd edək ki, qrupun qalibi olacaq komanda elit-raunda vəsiqə qazancaq.